“Kapital Bank”dan “Ziraat Bank Azərbaycan”a transfer
“Ziraat Bank Azərbaycan” ASC-nin strukturunda yeni departament təsis edilib və ona rəhbər təyinat edilib.
Məlumata görə, Rəşad Babayev bankın Satış departamentinin direktoru təyin edilib.
R.Babayev buna qədər “Kapital Bank” ASC-nin Kiçik və orta biznes satışları şöbəsinin müdiri olub. O, 2018-ci ilin martında “Kapital Bank”ın komandasına qoşulmuşdu.
Rəşad Babayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və 2009-2011-ci illərdə magistr dərəcəsinə yiyələnib.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0.01 %-i “Zıraat Teknolojı” şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.