Harvard məzunu Prezident Administrasiyasına işə qəbul edilib
Harvard Universiteti hüquq fakültəsinin məzunu Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə, Bakı Dövlət Universitetinin magistr pilləsini “Kommersiya hüququ” ixtisası üzrə, 2023—2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Əli Ələkbərli əmək fəaliyyətinə 2019-cu ildə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas kimi başlayıb, 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayınadək isə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.