HI-TECH

“WhatsApp”dan daha bir YENİLİK

“WABetaInfo”nun məlumatına görə, məşhur “WhatsApp” messenceri digər messencerlərlə birləşmək üçün yeni funksiyanı sınaqdan keçirir.

Tətbiqin Android üçün nəzərdə tutulmuş ən son versiyasında “Üçüncü tərəf söhbətləri idarə et” funksiyası ortaya çıxıb. Bu, üçüncü tərəf platformalarından danışıqları idarə etməyə imkan verəcək. Qeyd olunur ki, yenilik müştərilərə yalnız etibar etdikləri xidmətlərlə inteqrasiyanı seçmək imkanı verəcək.

Yeni funksiya sınaqdan sonra baş tutacaq. Bunun nə qədər davam edəcəyi barədə məlumat yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)