Sağlamlıq

Pasiyentə istədiyi həkimi və tibb müəssisəsini seçmək imkanının yaradılması təklif olunur

Azərbaycanda pasiyentə icbari tibbi sığorta çərçivəsində istədiyi həkimi və tibb müəssisəsini seçmək imkanının yaradılması təklif olunur.

ENA.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.

Onun sözlərinə görə, bu gün ölkədə hələ də pasiyentlərin klinika, xəstəxana seçmə hüququ tam bərpa olunmayıb: "Seçicilər, vətəndaşlar arzu etdikləri xəstəxanada müayinə və müalicə olunmaq istəyirlər. Bu sahədə TƏBİB-lə birgə müzakirələr aparılıb və bu istiqamətdə işlər görülməyə başlanılıb. Nəticədə elə vəziyyətə gəlib çıxmalıyıq ki, pasiyent ona yaxın və istədiyi, inandığı klinikada və istədiyi həkimdə icbari tibib sığorta çərçivəsində müalicə alsın”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)