Bank

Taleh Kazımov: Banklararası bazarda vəsait yerləşdirmək əvəzinə kredit vermək mümkündür

Azərbaycan Mərkəzi Bankı bankların vəsaitlərini özündə yerləşdirməsi əvəzinə kredit verməsini istəyir.

ENA.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, banklar bir-birinə vəsait yerləşdirmək əvəzinə, həmin vəsaitləri Mərkəzi Bankda yerləşdirirlər: "Bu da bizim həmin bazarda iştirakımızın bir formasıdır. Ona görə də biz banklara 5 % ödəyirik. Sentyabrın 23-də verilən qərara əsasən, banklar düşünürlər ki, vəsaitlərini Mərkəzi Bankda 5 %-lə yerləşdirilməsi onlar üçün daha sərfəlidir".

T. Kazımov qeyd edib ki, yəni banklar pul bazarında digər banklarla deyil, Mərkəzi Bankla işləməyə üstünlük verirlər: "Ona görə də bu müqayisəni faizlə ifadə etmək mənim üçün bir qədər çətindir. Məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini bizdə yerləşdirməkdənsə, daha çox bir-birlərinə yönəltsinlər. Sözsüz ki, kreditlərə tələb olduğu şəraitdə banklararası bazarda vəsait yerləşdirmək əvəzinə kreditlər də versinlər. Amma bu müqayisəni konkret faizlə ifadə edə bilmərəm".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)