Bank

Mərkəzi Bankda - YENİ TƏYİNATLAR

Azərbaycan Mərkəzi Bankında yeni 3 Baş direktor təyinatı olub. ENA.az xəbər verir ki, Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.

AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Məmmədzadə də baş direktor təyin edilib. Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.

Hazırda Mərkəzi Bankın baş direktorları:

1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)