Azərbaycanda banklar ödəyiciyə dərhal bildiriş verməli olacaq
Azərbaycanda banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar.
Bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, banklar ödəyici tələb edərsə, ona tapşırığın icrası haqqında bildiriş verirlər.