Mərkəzi Bankın xarici valyuta ehtiyatları 9.24 milyard dolları ötüb
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2023-cü ilin iyul ayında 48,1 milyon dollar artıb.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31.07.2023-cü il tarixində rəsmi valyuta ehtiyatları 9 milyard 244 milyon dollara çatıb.
25.06.2023-cü il tarixində rəsmi valyuta ehtiyatları 9 milyard 195.9 milyon dollar təşkil etmişdi.
Rəsmi valyuta ehtiyatları, milyon ABŞ dolları ilə:
31.07.2023 9244.0
25.06.2023 9195.9
31.05.2023 9175.7
28.04.2023 9189.2
31.03.2023 9133.0
28.02.2023 9043.8
31.01.2023 9061.4
30.12.2022 8995.7