Norveçdə 12 nazirliyə kiberhücum oldu. Poçt və mobil xidmətlərə çıxış dayandı
ENA.az xəbər verir ki, Norveç hökumətindən verilən yazılı açıqlamada, kiber hücumlara məruz qalan 12 nazirliyin görülən təhlükəsizlik tədbirləri səbəbindən elektron poçt və ya digər mobil xidmətlərə çıxışının olmadığı bildirilib.
Yerli Hökumətlər və Regional İnkişaf naziri Sigbjorn Gjelsvik mətbuata açıqlamasında "kiberhücumları ciddi qəbul etdiklərini" söylədi.
Gjelsvik bildirib ki, Norveç Hökumətinin Təhlükəsizlik və Xidmət Bölməsi (DSS) vəziyyəti diqqətlə izləyir və tədbirlər görür.
DSS prezidenti Erik Hope deyib ki, "hücumun arxasında kimin dayandığı və onun miqyası barədə danışmaq hələ tezdir".
Norveç hökumətinə qarşı əvvəllər də kiberhücumlar olub.