HI-TECH

Meta yeni süni intellekt modelini istifadəyə verib

Meta şirkəti yeni süni intellekt modeli Muse Spark 1.3-ü istifadəyə verib.

ENA.az xəbər verir ki, şirkətin yeni modeli əsasən kodlaşdırma və istifadəçilərin tapşırıqlarını müstəqil yerinə yetirən süni intellekt agentləri üçün hazırlanıb. Meta modelin bəzi kodlaşdırma göstəricilərində OpenAI və Anthropic-in qabaqcıl modelləri ilə rəqabət apardığını bildirir.

Muse Spark 1.3-ə tərtibatçılar Muse Code və Meta-nın API platforması vasitəsilə çıxış əldə edə biləcəklər. Modelin yaxın zamanda Meta AI, Instagram və Facebook istifadəçiləri üçün də təqdim olunması planlaşdırılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)