Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Fransaya ixracı 126 milyon 747 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 57 dəfə və ya 124 milyon 525 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Fransaya 2.2 milyon dollar dəyərində məhsul ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Fransadan Azərbaycana idxalın həcmi illik müqayisədə 2.6 dəfə artaraq 290 milyon 972 min dollara bərabər olub.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Fransayla ticarətin payı 1.60% təşkil edib.