Bank

Bank of America 250 milyon dollar cərimə olundu. Səhmləri ucuzlaşır

ABŞ Maliyyə İstehlakçılarının Müdafiəsi Bürosu (CFPB) Bank of America Corp-u cərimələyib. Kreditlərin verilməsi, kredit kartları üzrə bonusların tutulması və hesabların açılması zamanı faiz ödənişlərinin hesablanmasında pozuntulara görə 250 milyon dollarlıq təzminat döməli olacaq. 

O cümlədən, bank hüquqları pozulmuş istehlakçılara 100 milyon dollardan çox pul qaytaracaq, həmçinin CFPB xeyrinə 90 milyon dollar və Valyuta Nəzarəti Ofisinin (OCC) xeyrinə 60 milyon dollar cərimə ödəyəcək.

CFPB rəhbəri Rohit Chopra, "Bank of America kredit kartıları üzrə mükafatları haqsız şəkildə tutdu, iki dəfə komissiya aldı və müştərilərin razılığı olmadan hesablar açdı. Bu qanunsuzdur və müştərilərin etibarını sarsıdır. CFPB bütün bank sistemində bu cür təcrübələrə son qoymaq niyyətindədir", - deyib

Bu xəbərdən sonra "Bank of America"nın səhmləri çərşənbə axşamı 0,4% ucuzlaşıb. İlin əvvəlindən bankın kapitallaşması 13,8% azalaraq 228,4 milyard dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)