“Rabitəbank”da kreditlər artır, depozitlər azalır - TƏHLİL
“Rabitəbank” 2026-cı ilin ilk 9 ayının maliyyə hesabatlarına görə, bank kreditləşməni genişləndirir, lakin depozit portfeli azalan azsaylı bankların sırasına düşüb. Kredit riskləri üçün ayrılan ehtiyatların artması isə mənfəətin yüksəlişini məhdudlaşdırır. Sektorlar üzrə bölgü isə xüsusilə ticarət və tikinti kreditlərində vaxtı keçmiş borcların payına diqqət yetirməyi tələb edir.
Kredit portfeli 84 milyon manat artıb
2026-cı il sentyabrın 30-na bankın aktivləri 1 milyard 453,8 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 1 milyard 402,3 milyon manat idi. Beləliklə, aktivlər 51,5 milyon manat və ya 3,7% artıb.
Əsas dəyişiklik kredit portfelində qeydə alınıb. Müştərilərə verilmiş kreditlərin ümumi həcmi 941,3 milyon manatdan 1 milyard 25,4 milyon manata yüksəlib. Artım 84,1 milyon manat və ya 8,9% təşkil edib.
|
Göstərici |
2025-ci ilin sonu |
30 sentyabr 2026 |
Dəyişmə |
|
Aktivlər |
1 402,3 mln ₼ |
1 453,8 mln ₼ |
+3,7% |
|
Müştəri kreditləri, ümumi |
941,3 mln ₼ |
1 025,4 mln ₼ |
+8,9% |
|
Depozitlər |
878,3 mln ₼ |
848,1 mln ₼ |
−3,4% |
|
Öhdəliklər |
1 270,8 mln ₼ |
1 312,3 mln ₼ |
+3,3% |
|
Kapital |
131,5 mln ₼ |
141,5 mln ₼ |
+7,6% |
Kredit portfeli 84,1 milyon manat artdığı halda, depozitlər 30,2 milyon manat azalıb. Əvəzində isə banklar və digər maliyyə institutları qarşısında öhdəliklər 323,3 milyon manatdan 403,3 milyon manata yüksəlib. Artım 80 milyon manat və ya 24,7% təşkil edib.
Başqa sözlə, depozitlər azalarkən maliyyə institutlarından cəlb edilmiş vəsaitlər artıb. Bu, həmin vəsaitlərin qiyməti, müddəti və yenilənmə şərtləri baxımından bank üçün daha səmərəli seçim kimi başa düşülə bilər.
Kreditlərin yarıdan çoxu istehlak məqsədlidir
Kredit portfelinin strukturunda ən böyük pay istehlak kreditlərinə məxsusdur. Sentyabrın sonuna onların həcmi 360,5 milyon manat olub. Bu, müştərilərə verilmiş ümumi kreditlərin təxminən 35,2%-idir. Daşınmaz əmlak kreditlərinin həcmi isə 204,8 milyon manat təşkil edib. Biznes kreditlərinin həcminə gəldikdə 460,1 milyon manat olub.
|
Kredit istiqaməti |
2025-ci ilin sonu |
30 sentyabr 2026 |
Artım |
|
İstehlak kreditləri |
337,9 mln ₼ |
360,5 mln ₼ |
6,7% |
|
Biznes kreditləri |
418,3 mln ₼ |
460,1 mln ₼ |
10,0% |
|
Daşınmaz əmlak kreditləri |
185,1 mln ₼ |
204,8 mln ₼ |
10,6% |
Vaxtı keçmiş kreditlərdə əsas risk ticarət sektorundadır
Sektorlar üzrə təqdim edilən cədvəldə sentyabrın 30-na vaxtı keçmiş kreditlərin ümumi həcmi 40,5 milyon manat göstərilir. Bu məbləğ ümumi kredit portfelinin təxminən 4%-nə bərabərdir.
Sektorlar üzrə bölgü daha konkret risk nöqtələrini üzə çıxarır.
|
Kredit istiqaməti |
Kreditlərin ümumi həcmi |
Vaxtı keçmiş kreditlər |
Vaxtı keçmiş kreditlərin payı |
|
Ticarət |
131,4 mln ₼ |
19,1 mln ₼ |
14,6% |
|
Tikinti |
53,6 mln ₼ |
4,4 mln ₼ |
8,2% |
|
Sənaye |
48,7 mln ₼ |
3,8 mln ₼ |
7,8% |
|
Kənd təsərrüfatı |
130,0 mln ₼ |
1,8 mln ₼ |
1,3% |
|
Nəqliyyat |
36,6 mln ₼ |
1,0 mln ₼ |
2,7% |
|
İstehlak |
565,3 mln ₼ |
7,4 mln ₼ |
1,3% |
|
İnformasiya və rabitə |
0,94 mln ₼ |
0,24 mln ₼ |
25,3% |
Ən diqqətçəkən rəqəm ticarət sektoruna aiddir. Bu sahədə 19,1 milyon manatlıq vaxtı keçmiş kredit var. Bu, bütün vaxtı keçmiş kreditlərin təxminən 47%-ni təşkil edir. Ticarət kreditlərinin öz daxilində gecikmələrin payı 14,6%-dir.
Tikintidə bu göstərici 8,2%, sənayedə isə 7,8% təşkil edir. İstehlak kreditlərində vaxtı keçmiş borcların payı daha aşağı 1,3%-dir.
İnformasiya və rabitə sektorunda 25,3%-lik yüksək göstərici qeydə alınsa da, həmin istiqamət üzrə kredit portfeli cəmi 935,5 min manatdır. Buna görə bu faiz göstəricisini ticarət sektorundakı 19,1 milyon manatlıq gecikmə ilə eyni miqyasda qiymətləndirmək düzgün olmaz.
Faiz gəlirləri artır
Bankın 2026-cı ilin ilk 9 ayında faiz gəlirləri 118,5 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 99,5 milyon manat idi. Beləliklə, faiz gəlirləri 19,1% artıb.
Bu gəlirlərin əsas mənbəyi müştərilərə verilən kreditlərdir. Kreditlərdən əldə edilən faiz gəliri 91,9 milyon manatdan 108,1 milyon manata yüksəlib.
Faiz xərcləri isə 40,2 milyon manatdan 54,2 milyon manata olmaqla 34,7% yüksəlib. Xüsusilə depozitlər üzrə faiz xərcləri 29,1 milyon manatdan 42,9 milyon manata çatıb və 47,5% artım göstərib.
Nəticədə xalis faiz gəliri 64,4 milyon manata yüksəlib. Artım 8,6% təşkil edir. Bununla belə, rəqəmlər göstərir ki, bankın gəlirləri böyüsə də, maliyyələşmə xərcləri həmin artımın əhəmiyyətli hissəsini udur.
Mənfəət artır, amma ehtiyatlara ayrılan vəsait də böyüyür
Bankın qeyri-faiz gəlirləri 35,0 milyon manatdan 35,6 milyon manata yüksəlib. Komissiya gəlirləri də 24,4 milyon manatdan 24,9 milyon manata çatıb. Eyni dövrdə qeyri-faiz xərcləri 73,6 milyon manatdan 75 milyon manata yüksəlib. Əməkhaqqı və digər kompensasiya xərcləri 29,4 milyon manatdan 31,3 milyon manata çatıb. Ümumi və inzibati xərclər isə 33,9 milyon manatdan 32,8 milyon manata enib.
Ən vacib dəyişikliklərdən biri kreditlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardadır. Bu xərc 7,35 milyon manatdan 11,22 milyon manata yüksəlib. Artım 52,6% təşkil edir.
Mənfəət vergisindən əvvəlki mənfəət isə 13,76 milyon manat təşkil edib.
|
Göstərici |
2025-ci ilin ilk 9 ayı |
2026-cı ilin ilk 9 ayı |
Dəyişmə |
|
Faiz gəlirləri |
99,5 mln ₼ |
118,5 mln ₼ |
+19,1% |
|
Faiz xərcləri |
40,2 mln ₼ |
54,2 mln ₼ |
+34,7% |
|
Xalis faiz gəliri |
59,3 mln ₼ |
64,4 mln ₼ |
+8,6% |
|
Qeyri-faiz gəlirləri |
35,0 mln ₼ |
35,6 mln ₼ |
+1,9% |
|
Qeyri-faiz xərcləri |
73,6 mln ₼ |
75,0 mln ₼ |
+1,9% |
|
Kredit riskləri üzrə ehtiyat xərci |
7,4 mln ₼ |
11,2 mln ₼ |
+52,6% |
|
Vergidən əvvəl mənfəət |
13,25 mln ₼ |
13,76 mln ₼ |
+3,8% |
Ümumilikdə "Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 13,757 milyon manat mənfəətlə başa vurub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Ehtiyatların artması isə kredit riskləri ilə bağlı daha diqqətli yanaşma və ya portfelin böyüməsi ilə əlaqəli ola bilər.
Kapital artıb, amma bankın maliyyələşməsində borcun çəkisi böyükdür
Sentyabrın sonuna bankın kapitalı 141,5 milyon manat olub. İlin əvvəlində bu göstərici 131,5 milyon manat idi. Kapital 7,6% artıb. Eyni zamanda, öhdəliklər 1 milyard 270,8 milyon manatdan 1 milyard 312,3 milyon manata yüksəlib. Bankın aktivlərinin təxminən 90,3%-i öhdəliklər, 9,7%-i isə kapital hesabına maliyyələşir.



















