Zakir Nuriyev: “Bu, bizi qane etmir”
Azərbaycanda kredit portfelinin həcmi artmaqda davam edir. Bununla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi də yüksəlib.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, vaxtı keçmiş kreditlərin həcmi artsa da, ümumi kredit portfelinə nisbətdə mövcud vəziyyət qənaətbəxş hesab oluna bilər.
“Lakin bu bizi qane edirmi? Xeyr, etmir”, – deyə Z. Nuriyev vurğulayıb.
ABA sədri qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi yeni tənzimləmə çərçivələri müsbət təsir göstərəcək. Bununla yanaşı, bank sektorunda risk mədəniyyətinin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır.



















