MALİYYƏ

Qırğızıstan pulunu ölkə daxilində çap edəcəyini bəyan etdi

Pul çap etmək çox bahalı bir fəaliyyətdir. ENA.az xəbər verir ki, Qırğızıstan milli valyuta əsginaslarını ölkə daxilində çap etməyə qərar verib. Xarici media yazır ki, bunun üçün Qırğızıstan zəruri texnika və avadanlıq alıb və yaxın vaxtlarda bu işə başlayacaq. 

Bu barədə ictimaiyyətə Qırğızıstan Prezidenti Sadır Japarov milli valyutanın dövriyyəyə buraxılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə məlumat verib.

Sadır Japarov qeyd edib ki, milli valyutanın dövriyyəyə buraxılması ən vacib iqtisadi islahatlar üçün imkanlar yaradıb. O deyib: “Qırğızıstan keçmiş Sovet İttifaqı ölkələri arasında milli valyutanı dövriyyəyə buraxan ilk dövlətlərdən biridir. Bu, bizim müstəqil inkişaf yolumuzu müəyyən etdi və sərbəst pul-kredit siyasətinə imkanlar yaratdı”.

Qırğız lider vurğulayıb ki, ötən 30 ildə som Qırğızıstanın sabit dövlətçiliyinin rəmzi və ölkənin müstəqil iqtisadi siyasətinin başlıca göstəricisi olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)