Mərkəzi Bank: Hədəf banklararası bazardır
"Uçot dərəcəsi Azərbaycanda uzun müdfətdir ki, iqtisadiyyata təsir göstərmir."
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib. Sədrin sözlərinə görə, yalnız ötən ilin sentyabrından əməliyyat bazarıqismən dəyişib.
"Uçot dərəcəsi ilk növbədə banklararsı bazara təsirini formalaşdırır. Azərbaycan Mərkəzi Bankı artıq bu istiqamətdə irəliləyişə nail olub."- sədr bildirib.