Gündəm

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

Məlumata görə, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Müvafiq əmri nazir Muxtar Babayev imzalayıb. 

Qurumun mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, F. Əliyev bu ay Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)