Bank

ABB səhmləri son günlər niyə ucuzlaşdı?  - RƏSMİ AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri nominalından aşağı - 26 qəpiyə ticarət olunur. Mayın 5-dən sonra səhmlərin ucuzlaşmasının səbəbi nədir, qiymətlərə hər hansı süni tənzimləmə prosesləri ilə təsir göstərilirmi?

ABB  sədri Abbas İbrahimovun bununla bağlı açıqlamasını diqqətinizə təqdim edirik:

- Biz də sizin kimi təkrar bazarı izləyirik. Düzgün qeyd etdiniz, bəzi aylar və günlər səhmlərin qiyməti yüksəldi və xüsusən də may ayının əvvəlində artım baş verdi. Ümumilikdə, kütləvi səhm buraxılışından sonra 13 mindən artıq alqısatqı əməliyyatı olub və bu əməliyyatların həcmi 8 milyon manat təşkil edib. Ən dinamik ayımız sentyabrda kütləvi yerləşdirmə elanlardan sonra oktyabrda oldu və sonrakı dinamik ay kimi aprel ayını qeyd edə bilərəm. Bu da dividentlərin ödəniləcəyi ilə bağlı məlumatlardan sonra baş verdi.   

Qiymətlərin dəyişkənliyinə gəlincə, bu tələb-təklifdən irəli gəlir. Nə ABB, nə ABB İnvest, nə MDM, nə də Bakı Fond Birjası vasitəsilə heç bir müdaxilə baş verməyib. O ki qaldı son günlər səhmlərə tələb qalxdı və qiymətlər artdı, ancaq son gün düşmə oldu. Səbəbini izah etmək üçün mexanizmə qayıdaq. Biz öncədən açıqlama verdiyimiz kimi, dividenti o insanlara, səhmdarlara ödəyəcəyik ki, ən son mayın 5-də alqı-satqı həyata keçirib və MDM-də qeydiyyata düşüb. 6 mayda biz MDM-dən səhmdarların son siyahısını götürmüşük və reyestrdə kimin adı varsa, divident də həmin şəxslərə ödəniləcək. Ehtimal ki, artıq təklif tələbi üstələdiyi üçün qiymətlər düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)