TURİZM

AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq.

Bu barədə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq.

Bundan başqa, mayın 31-dən "Air Astana" aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)