Ötən il 220 minə yaxın "kupça" verilib
Bütün bunlarla yanaşı, ötən il ərzində ölkə üzrə 220 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
"BI" xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş müşavirədə bildirilib.
Komitənin yaydığı məlumatda bildirilir ki, yeniliklərdən biri də vətəndaşlara “Elektron çıxarış” verilməsidir. Artıq 8 mindən çox elektron çıxarış sahibi var.
"Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çıxarışların 1 iş günü müddətində verilməsi imkanları yaradılıb. Ötən ildən qeydiyyatı vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial layihəyə start verilib. Xüsusi nəqliyyat vasitəsi alınmış və kampaniyanın 2018-ci il ərzindəki fəaliyyət dövründə 1000-dən artıq vətəndaşa hüquqların dövlət qeydiyyatının müxtəlif sahələri üzrə xidmətlər yerində göstərilib, 500-ə yaxın vətəndaş mülkiyyət hüququ əldə edibdir. Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları da keçirilir. Ötən ildə də müxtəlif şəhər və rayonlarda 21 “Kütləvi çıxarış” kampaniyası baş tutub Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə ötən il ərzində vətəndaşlardan ümumilikdə 81 minə yaxın müraciət qəbul olunub. Bütün bunlarla yanaşı, ötən il ərzində ölkə üzrə 220 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Göstərilənlər nəticəsində ölkəmiz «Doing Business 2019» hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb"