Sosial iqtisadiyyat

Gömrük sistemində ciddi dəyişikliklər GÖZLƏNİLİR

Gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması çox ciddi məsələdir.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.

"Prosesisin təmin olunması üçün işlərimizi gücləndiririk. Gömrük orqanlarında görülən işlər davamlı olacaq. Artıq gömrük sistemində fəaliyyət planımızı müəyyənləşdirmişik. Eyni zamanda gömrük sisteminin elektronlaşması aparılıb. Artıq vətəndaşlar gömrük qanunvericiliyi və digər mövzuda məlumatları elektron olaraq öyrənə bilər. Həmçinin biz vətəndaşların gömrük sahəsində məmnunluq səviyyəsini də müəyyənləşdirmişik. Aparılan sorğuya görə, 57% gömrük sahəsindən razıdır. Düzdür, bu, yüksək göstərici deyil. Amma Azərbaycan üçün yaxşıdır", - deyə Ş.Bağırov vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)