MALİYYƏ

AMB-nin valyuta ehtiyatları artdı: necə?

2022-ci il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 803 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.

2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 10,3% artıb.

Oktyabrda AMB-nin valyuta ehtiyatları 1,8% və ya $135,7 milyon artıb.

2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları Bankın sərəncamında olan vəsaitlərin idarəetməsindən və bəzi hallarda daxili bazardan valyuta alışından formalaşır. Eyni zamanda, valyuta səbətində əsas yeri tutan ABŞ dollarının ilin əvvəlindən bəri bahalaşması da Bankın ehtiyatlarına təsir edir.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)