MALİYYƏ

FED yenidən uçot dərəcəsini artıracaq

FED (Federal Ehtiyat Sistemi) rəhbəri Ceyms Bullard qurumun noyabr və dekabr aylarında keçiriləcək iclaslarında uçot dərəcəsinin artırılacağını güman etdiyini söyləyib.

ENA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız "nisbətən aşağı" stressə səbəb olub.

Qeyd edək ki, sentyabrın 21-də Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 faiz artırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department