“Silk Way Aviaşirkəti” gömrük xətasına görə cərimələnir
“Silk Way Aviaşirkəti” MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ENA.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Xəzər Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Silk Way Aviaşirkəti” 2001-ci ildə təsis edilib. Şirkət sərnişin, təyyarə və yükdaşıyan yerüstü xidmətlər üçün ən iri regional xidmət təminatçısıdır.