Qeyri-Bank

Azərbaycanlıların rəqəmsallaşmaq bacarığı: Google Pay ilə 40% hədəfi

“Azərbaycanda altı aydır mobil təmassız ödəmə tətbiq olunur və artıq 8% bundan istifadə edir. Google Pay ödəniş sisteminin aktivləşməsi ilə biz bir ilə bu faizin 40-a çatacağını gözləyirik”.

ENA.az xəbər verir ki, Mastercard Türkiyə və Azərbaycanın rəhbəri Avşar Gürdal bugünkü mətbuat konfransında Azərbaycanda nağdsız ödənişlərin həcmi və onun gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.

 

Rəqəmsallaşma: Dünya və Azərbaycan

Azərbaycanda nağdsız ödəmələr yüzdə 20%-dir. Avropada bu nisbət 60%, Skandinaviya ölkələrində isə 95%-dir. Azərbaycan əhalisi gəncdir və texnoloji yenilikləri tez mənimsəyir. Azərbaycanda Android istifadə edənlər 70%-dir. İnsanlar cüzdanlanlarının itdiyini 4 saatda, telefonlarının itdiyini isə yarım saatda fərq edirlər. Azərbaycanda texnolji imkanların artması və əhalimizin rəqəmsallaşmanı qəbul etmək bacarığı çox yaxşıdır, ona görə də Mastercard ölkəmizin nağdsız əməliyyatlarla bağlı inkişafını çox müsbət dəyərləndirir.

Əgər nağdsız ödənişlər Azərbaycan əhalinin 30%-ni əhatə etsə, bunun 60%-ə çatması çox sürətli keçəcək, çünki dünya təcrübəsi də bunu göstərir. Tez bir zamanda bu bacarıqlar ölkə əhalisi arasında yayılacaq, qeyd etdiyimiz kimi, bunun üçün onların əlində texnoloji imkanlar da var.

 

Dövlətlərin rəqəmsal istəyi

Nağdsız ödəmələrin artmasında dövlətlər də çox maraqlıdır. Yadınızdadırsa, Azərbaycan Mərkəzi Bankı məhz 2015-ci ildəki maliyyə böhranından sonra rəqəmsallaşmanı ciddi şəkildə irəli aparmağa çalışdı və hətta bununla bağlı dövlət proqramı da qəbul edildi.

Rəqəmsallaşma ilk növbədə ölkədə aparılan əməliyyatları görməyə imkan verir, yəni bu dövlət üçün hazır datalardır. Əməliyyatların onlayn formada görünməsi isə ilk növbədə rahat şəkildə vergiləri yığmağa imkan verir. Bundan başqa, nağd vəsait üçün çəkilən xərclərdən xilas edir. Düşünün pulun dizayn edilməsi, çapı, onun saxlanılması, nağd pulun ölkə daxilində daşınması ən bahalı işlərdir və bunun üçün böyük xərclər çəkilir. Bundan başqa, alış-verişin nağd halda olması böyük risklər və vaxt itkisi yaradır.

 

Azərbaycanda e-ticarət

Ümumi xərcləmələrdə  30% paya malikdir və pul xərcləməyi sevən azərbaycanlılar bu faizi sürətlə artırırlar. Həm xaricdəki həm də daxildəki bazarlarda alış-veriş edənlərin, market alış-verişlərində nağdsız ödənişlərin səviyyəsi artır. Google Pay sisteminin gəlişindən sonra Azərbaycanda e-ticarətin  böyüməsi daha sürətli olacaq.

 

Bank sistemi: texnoloji vəziyyəti necədir?  

Məlumdur ki, Azərbaycanda bir neçə bank var ki, texnoloji yeniliklərə açıqdır və məhsulları çoxdur. Amma Azərbaycan banklarının texnoloji standratları hələki zəifdir və bunun da əsas səbəbi odur ki, vahid sistemə malik deyillər, bir-bankdan digər bank arasında texnoloji əalqə sürətli deyil və s.

Mastercard rəsmisi Avşar Gürdal hesab edir ki, Azərbaycan bankları yeni texnologiyalara çevik reaksiya verirlər, Azərbaycanda ekosistemin qurulması prosesi gedir. Bankların ödəniş sistemlərinin inkişafı üçün MasterCard Azərbaycan Mərkəzi Bankı ilə birlikdə sıx çalışacaq. Çünki sonda əldə edilən uğurda onun da biznes maraqları təmin edilir.

 

Təhlükəsizlik!

Mobil ödəniş sistemləri artdıqca təhlükəsizlik, kart məlumatlarının daha etibarlı qorunması üçün həllər təmilləşməlidir və böyük texnoloji şirkətlər bunun üçün işləyir. Avşar Gürdal deyir ki, mobil təmassız ödəmə zamanı əməliyyat anında sistemə qoyulduğu vaxt şifrələmə texnologiyası işə başlayır və mobil cihazın yaddaşına yazılır. Mobil cihazınız kartınızın funksiyasını daşıyır. Rəqəmsal ödənişlərin belə asanlaşması ilə yanaşı əlavə təhlükəsizlik tədbirləri görülür və bunun üçün MasterCard bu yaxınlarda daha bir addım atıb.

Azərbaycandakı kredit kartları Türkiyədə niyə işləməsin?

Bununla bağlı suala cavab verən MasterCard təmsilçisi hazırda bu məsələnin həll edilməsi üçün çalışdıqlarını bildirir. Onun sözlərinə Azərbaycan banklarının verdiyi kredit kartlarının Türkiyədəki alış-veriş mərkəzlərində işləməsi üçün hər iki ölkənin maliyyə sistemləri arasında texnoloji işlətmələr aparılır və tezliklə bu məsələ həllini tapacaq. 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)