Bitcoinin qiyməti ilə bağlı proqnozlar necədir?

122.000 dollarlıq diapazonu keçən və bu gün rekord həddə çatan bitkoin, Amazon-u geridə qoyaraq, dünyanın beşinci ən qiymətli aktivi oldu. Coinmarketcap analiz firmasının məlumatlarına görə, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 3,18 faiz artaraq 3,8 trilyon dollara çatıb. Bitcoin üçün dövri və il sonu qiymət proqnozları aşağıdakılardır:
ABŞ-da fəaliyyət göstərən qlobal investisiya firması VanEck-in rəqəmsal aktiv araşdırmasının rəhbəri Metyu Sigel verdiyi açıqlamada Bitcoin-in 2025-ci ildə ümumi hədəf qiymətinin 180.000 dollar olduğunu söylədi.
Keti Stoktonun hədəfi 134 500 dollardır
Texniki təhlilə əsaslanan araşdırmaları ilə tanınan Fairlead Strategies-in qurucusu Katie Stockton bu yaxınlarda Bitcoin-in 14 faizlik qısamüddətli yüksəliş potensialını qeyd etdi və hədəfini 134.500 dollar olaraq açıqladı.
Maliyyə bazarlarının təhlili ilə tanınan FinancialMagnets, iyul ayı üçün bitkoinin baza ssenaridə 115.000 dollara, optimist ssenaridə isə 135.000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırmışdı.
Bernstein öz təhlilində Bitcoin-in ilin sonuna qədər 200.000 dollara çata biləcəyini ifadə edərkən, CoinMarketCap VanEck-in proqnozunu təkrarlayaraq, 2025-ci ildə 180.000 dollarlıq hədəfin mümkün olduğunu vurğuladı.
Kripto törəmə birjalarından biri olan Bitget-in tədqiqat direktoru Ryan Lee, Bitcoin-in orta müddətli perspektivdə 150.000 dollara çata biləcəyini söylədi.
2025-ci il üçün birgə qiymətləndirmələrində ABŞ-da yerləşən rəqəmsal aktivlərin idarə edilməsi firması Bitwise və qlobal bank Standard Chartered, Bitcoin-in əsas ssenaridə 200.000 dollara, qabaqcıl institusional qəbul ssenarisində isə 500.000 dollara çata biləcəyini təklif etdilər.
Amerikalı texnologiya analitiki Gene Munster, Bitcoin-in 2025-ci ildə 150.000 dollara çata biləcəyini söylədi.