4 bankın balans kapitalı niyə azalıb? – RENKİNQ CƏDVƏLİ
Balans kapitalı bankın maliyyə əməliyyatları aparması üçün vəsaitlərini əhatə edir. Məsələn, balans bankın nizamnamə və digər fondlarını, əlavə kapitalını, bölüşdürülməmiş mənfəətini əhatə edir. Nümunədə baxaq, məsələn Rusiyanın VTB Bankının Azərbaycandakı törəməsi VTB Azərbaycan səhmdar kapitalına görə liderlərdən biridir – 315 milyon 815 min manat. Ancaq bu bankın ötən illərdən 242 milyon 530 min manat zərəri toplanıb. Bir də bankın 1 milyon 287 min manat ehtiyatda pulu var. Nəticədə zərər səhmdar pulunu “yediyindən” bankın kapitalı cəmi 74 milyon 573 min manat təşkil edir.
Yəni, 315,815-242,530+1287=74,572 yuvarlaq 74,573
2022-ci ilin yanvar-iyun ayları üzrə dinamikaya baxsaq, balans kapitalı ən çox azalan Bank BTB-dir. Məlum “məmur itkisi”ndən sonra bu bank özünə gələ bilmir. Bankın balans kapitalında azalmanın səbəbi ikinci rübdə 5 milyon manatdan çox zərər açıqlamasıdır. Onsuz da bu bankın əvvəlki illərdən 14 milyon manat zərəri yığılmışdı, 5 milyon da əlavə olundu və beləliklə, zərər kapitalını “yeməyə” davam edir. Başqa sözlə, rübün sonunda açıqlanan mənfəət və ya zərər bankın kapitalında “oturur”.
Kapital və Premium bankda isə azalma bölüşdürülməmiş mənfəətin azalması ilə bağlıdır. Yəni bank səhmdarlarına divident ödənişi etdiyindən mənfəəti azalıb və bu da kapitalın həcminə təsir göstərib.
Balans kapitalını artıran bankların dinamikasında TOP-5 banklar bunlardır: Ziraat Bank Azərbaycan, Bank of Baku, Bank VTB Azərbaycan (mənfəət açıqladığından zərəri azalıb-red.), Express Bank, Rabitəbank.
RENKİNQ cədvəli