Bank

“Fitch” Azərbaycanda pərakəndə kreditləşmənin artması fonunda risklər barədə xəbərdarlıq edir

Azərbaycan bank sektorunun orta göstəriciləri 2017-ci ildən bəri yaxşılaşıb.

“Fitch Ratings”in məlumatlna görə, bu isə kreditlərin dollarlaşmasının və ötən illərin problemli aktivləri ilə bağlı risklərin azalması nəticəsində mümkün olub.

"Bununla belə, 2021-ci ildən pərakəndə kreditləşmənin sürətli artımı, Azərbaycan Mərkəzi Bankının bu seqmentdə kredit risklərini məhdudlaşdırmaq üçün proaktiv tədbirlərinə baxmayaraq, "həddindən artıq qızma" riskləri yarada bilər", - hesabatda qeyd olunub.

Rəsmi statistikaya görə, bu il iyulun 1-nə ölkədə fəaliyyət göstərən 22 bankın kredit portfelinin ümumi həcmi 28,472 milyard manat təşkil edib ki, bu isə il ərzində 11,96 % artım deməkdir. Bunlardan 14,58 %-i (və ya 4,152 milyard manat) valyuta kreditlərinin payına düşür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)