Bank

Azərbaycanda xarici valyutada əmanətlər daha çox bahalaşıb

Azərbaycanda müddətli əmanət və depozitlər üzrə faiz dərəcələrinin ötən ildən artmağa başlayıb. ENA.az xəbər verir ki, bu artımlarda diqqətçəkən ən mühüm amil xarici valyutada olan əmanət və depozitlər üzrə faizlərin orta dərəcəsinin son üç ildə 1.48 faizdən 3.17 faizə yüksəlməsidir.  Bu, xüsusən də hüquqi şəxslərin depozitlərində nəzərə çarpır və xarici valyutada 0,99 faizdən 3,24 faizə qalxıb.

Fiziki şəxslərin manatda olan əmanətləri üzrə son 3 ildə orta faiz dərəcəsi isə cəmi 1,14 faiz bahalaşıb.

Hüquqi şəxslərin müddətli depozitləri 5,12 faizdən 7,10 faizədək bahalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)