Maşınların icbari sığortası haqqının hesablanması qaydası DƏYİŞİR
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.
ENA.az "Report"a istinadən xəbər verir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir: "Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur".
Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə katoqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzr ödənişlər müəyyən edilməlidir.
Hazırda minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələrinin mühərriklərinin həcminə görə sığorta haqqı belədir.
№ |
Avtonəqliyyat vasitəsinin növü |
Sığorta haqqı (manat) |
|
Fiziki şəxslər üçün |
Hüquqi şəxslər üçün |
||
1 |
Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə |
||
- 50 sm3 – 1500 sm3 |
50 |
60 |
|
- 1501 sm3 – 2000 sm3 |
75 |
90 |
|
- 2001 sm3 – 2500 sm3 |
100 |
120 |
|
- 2501 sm3 – 3000 sm3 |
125 |
150 |
|
- 3001 sm3 – 3500 sm3 |
150 |
180 |
|
- 3501 sm3 – 4000 sm3 |
175 |
210 |
|
- 4001 sm3 – 4500 sm3 |
200 |
240 |
|
- 4501 sm3 – 5000 sm3 |
225 |
270 |
|
- 5000 sm3 – dən çox |
250 |
300 |
|
2 |
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə |
||
9 – 16 |
150 |
180 |
|
16 – dan artıq |
200 |
240 |
|
3 |
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə |
||
3500 kq-dan çox olmadıqda |
150 |
180 |
|
3501 kq – 7 000 kq |
200 |
240 |
|
7000 kq – dan yuxarı |
250 |
300 |
|
4 |
Motosikletlər və motorollerlər |
50 |
60 |
5 |
Qoşqular və yarımqoşqular |
25 |
30 |
6 |
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr |
50 |
60 |
7 |
Trolleybuslar və tramvaylar |
100 |
120 |