Bakıda Ziya Səmədzadə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

24 iyul saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.