Bank

Azərbaycanın bank sistemində qeyri-işlək kreditlərin xüsusi çəkisi tarixi minimuma enib

2021-ci ildə Azərbaycanın bank sistemində qeyri-işlək kreditlərin (NPL) xüsusi çəkisi 4,5% tarixi minimuma enib. Bu barədə Mərkəzi Bankın saytında dərc olunan 2021-ci il ərzində maliyyə sabitliyi hesabatında qeyd olunur.

AMB-nin məlumatına görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində qeyri-işlək kreditlərin xüsusi çəkisi 748 milyon manat həcmində qiymətləndirilib.

2016-cı ildə qeyri-işlək kreditlər pik rəqəmə - 3,3 milyard manata və ya 21%-ə çatmışdı. 2017-2021-ci illər arasında olan dövr ərzində  həcmi hər il azalıb.

“2020-ci illə müqayisədə qeyri-işlək kreditlərin həcmi 2021-ci ildə 14,6% (128 milyon manat) və ya 1,7 f.b. azalıb. Həmçinin, 2021-ci ildə biznes kreditlər üzrə NPL-nin həcmi 15,4% (91 milyon manat) – 499 milyon manatadək, xüsusi çəkisi 1,8 f.b. – (biznes kreditlər üzrə) 5,1%-dək azalıb”, - bank vurğulayır.

AMB qeyd edir ki, 2021-ci ilin sonuna istehlak kreditləri üzrə qeyri-işlək kreditlərin həcmi 183 milyon manat həcmiondə qiymətləndirilir və il ərzində onların payı 0,9 f.b. – 4,1:-dək azalıb (istehlak kreditləri üzrə).

2021-ci ilin sonuna ipoteka kreditləri üzrə NPL-nin həcmi 66 milyon manat həxmində qiymətləndirilir (il ərzində azalma 36,4% və ya 38 milyon manat), xüsusi çəkisi 2,4 f.b. – 2,8%-dək azalıb.

“2022-ci ilin əvvəlinə restrukturizasiya edilmiş kreditlərin həcmi 1,9 milyard manat və ya bankların bütün kredit portfelinin 11,6%-i hıcmində qiymətləndirilir (2020-ci ilin sonuna – 2,1 milyard manat və ya 14,5%)”, - AMB-dən vurğulanır.

AMB "bank sisteminin vaxtı keçmiş kreditlər üzrə yarana biləcək itkiləri absorbsiya etmə potensialı yüksək” qiymətləndirir.

“Misal üçün, istehlak kreditləri üzrə banklar tərəfindən yaradılmış məqsədli ehtiyatlar vaxtı keçmiş kreditləri 3 dəfə üstələyir”, - bank vurğulayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)