Sığorta

Azərbaycanın sığorta bazarı 13%-ə yaxın böyüyüb

2025-ci ilin yanvar-iyun ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817 milyon 48 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 13% çoxalıb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 21.4% çoxalaraq 432 milyon 198 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 725 milyon 162 min manat, sığorta ödənişlərinin həcmi isə 356 milyon 84 min manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)