Gündəm

Dövlət Neft Fondu qızılın alışını bu səbəbdən dayandırıb

Qoyulan hədəf göstəricisinə yaxınlaşması səbəbindən Dövlət Neft Fondu qızılın alışını dayandırıb.

Bu barədə Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini Bəhruz Bəhramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ARDNF-in investisiya siyasətinə əsasən, qızıl altportfelinin ümumi investisiya portfelindəki çəkisi 25% həcmində müəyyənləşdirilib. Bu göstəricidən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % səviyyəsində müəyyən edilib.

“Bundan sonrakı dövrdə də qızılın volatillik riski həmişə var. Volatillik həm daha yuxarı istiqamətdə, həm də aşağı trenddə özünü göstərə bilər”, - qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, cari ilin 6 ayında ARDNF-in investisiya portfelində qızılın payı 28,8% olub. Ümumilikdə Fondun investisiya portfelində 181,1 ton qızıl mövcuddur. (Teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)