Bank

"Rusiya ilə gərginlik idxal-ixraca və pul köçürmələrinə əhəmiyyətli təsir etməyib"

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır.

Bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan biridir. Bu gün bu sahədə kəskin dəyişiklik görmürük", - deyə o qeyd edib.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)