Bank

Taleh Kazımov iqtisadi artım proqnozunu açıqlayıb

Bizim 2025 və 2026-ci illər üçün iqtisadi artımla bağlı proqnozlarımız cüzidə olsa aşağı enib. Bununda əsas səbəbi ev təsərrüfatlarında son istehlakın azalmasıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ilin sonuna ÜDM-in 3%, qeyri-neft ÜDM-in isə 4.2% artacağını proqnozlaşdırırıq. 2026-ci ildə isə ÜDM-in 2.2%, qeyri-neft ÜDM-in 4.3% artacağı proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)