Qusman vəzifəsindən azad edildi

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Sərəncamda deyilir:
“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır.
O, həmçinin, Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir (2018).