Bank

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 43 %-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ENA.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda uçot dərəcəsi 3 faiz bəndi azaldaraq 46 %-dən 43 %-ə endirilib.

TMB həmçinin overnayt borclanma dərəcəsini 49 %-dən 46 %-ə, bir gecəlik borclanma dərəcəsini isə 44,5 %-dən 41,5 %-ə endirib.

"İyun ayında əsas inflyasiya meyli sabit qalıb. Təhlillər göstərir ki, aylıq inflyasiyanın iyulda səciyyəvi amillərə görə müvəqqəti olaraq artacağı gözlənilir. Geosiyasi proseslərin və qlobal ticarətdə artan proteksionizmin inflyasiya prosesinə potensial təsiri yaxından izlənilir. İnflyasiya gözləntiləri və qiymət dəyişkənliyi inflyasiya prosesinə risklər yaratmağa davam edir", - deyə qurumun açıqlamasında qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)