Bank

Mərkəzi Bank sədri: Yeni hedc sistemi kredit faizlərini 3-4% azaldacaq

"Fitch" və "Moods" kimi beyənlxalq maliyyə qurumları Azərbaycanın investisiya reytinqini artırıb. Bu da Beyənlxalq Maliyyə İnstitutlarının Azərbaycana marağının artacağı deməkdir".

ENA.az xəbər verir ki, Mərkəzi Bank sədri Taleh Kazimov yeni maliyyə alətinin tətbiqi ilə bağlı jurnalistlərin suallarına cavabında bildirib.

"Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir. Cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub. Yeni hedc mezanizmindən bütün banklar və bank olmayan kredit təşkilatları (BOKT) istifadə edə biləcək. Limit 600 milyon dollar ətrafında olacaq. Yeni hedc sistemi kreditlərin faizlərini 3-4% azaldacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)