Bu sahədə çalışanlar 3 min manat maaş alır
022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib.
Əməkhaqqı neft-qaz sektorunda 2934,5 manat, qeyri neft-qaz sektorunda 723,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709,3 manat, özəl müəssisələrdə isə 832,2 manat oluv.