Aqrar

Türkiyə taxılın ixracına qadağa qoydu

Dünyanın ən böyük taxıl idxalçıları və un ixracatçılarından biri olan Türkiyə taxılın qiymətinin artması və tədarükün kəsilməsi fonunda bəzi emal olunmuş taxıl və paxlalı bitkilərin xaricə daşınmasına qadağa qoyub.

“Agrozan Commodities DMCC” şirkətinin Rusiya nümayəndəliyinin direktoru Səbinə Sodikovanın “İnterfaks”a rəsmi hökumət bülleteni “Resmi Gazete” və türkiyəli tərəfdaşlara istinadən verdiyi məlumata görə, məhdudiyyətlər ilk növbədə buğda, qarğıdalı, çovdar unu, bulqur və digər taxıl məhsullarının ixracına təsir edəcək.

Onun sözlərinə görə, siyahıya bütün paxlalılar, o cümlədən mərcimək, noxud və lobya daxildir. Artıq Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər daxil olub.

Sodıkova onu da bildirib ki, Türkiyə iki ildən çoxdur ki, yalnız xaricdən gətirilən buğdadan hazırlanan unun, yəni “xarici taxıldan alınan unun” ixrac edilməsinə qərar verib. “İxrac olunan unu öz taxılımızdan istehsal etmək olmaz.

Onun sözlərinə görə, Türkiyə hər il orta hesabla 4 milyon ton buğda idxal edir, müvafiq olaraq ondan istehsal edilən 3 milyon ton un ixrac edilir. "Keçən il Rusiyanın burada payı 80%, bu il Rusiyanın ixrac rüsumları hesabına - 50% təşkil edib. Qalan 50% Ukrayna, Bolqarıstan və Rumıniyadan tədarük edilib", - o deyib.

Sodıkova onu da bildirib ki, hazırda Türkiyədən bitki yağının ixracına da qadağa qoyulub. "Və bu gün bu siyahıya ət və bir sıra digər dənli bitkilər də əlavə edilib. Bundan əlavə, makaron məhsullarının ixracına yaxın qadağa da mümkündür", - o deyib.

İxrac qadağası 2022-ci il mayın 31-dək qüvvədə olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)