Aqrar

Rusiya buğda, arpa və qarğıdalı üçün ixrac rüsumlarını ləğv edir

Rusiyada buğda, arpa və qarğıdalı ixracına gömrük rüsumları avqustun 13-dən ləğv ediləcək.

ENA.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Hazırda buğdanın ixrac rüsumu hər ton üçün 19,4 rubl, qarğıdalıda isə 371,5 rubl təşkil edir. Arpa ixracında artıq uzun müddətdir gömrük rüsumu tətbiq olunmur.

Qeyd edək ki, Rusiya 2021-ci ildən “taxıl amortizator mexanizmi” ilə buğda, qarğıdalı və arpa ixracında dəyişkən rüsum sistemi tətbiq edir. Rüsumlar Moskva Birjasındakı qiymətlərə əsaslanaraq həftəlik müəyyən edilir və referans qiymətlər 2023-cü ilin iyunundan 2025-ci ilin iyuluna qədər buğda üçün 17.000-18.000, arpa və qarğıdalı üçün isə 15.875-dən 17.875 rubla yüksəldilib.(teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)