Aqrar

“Aqroservis”in sədrinə yeni müavin təyin edilib

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Məlumata görə, bu vəzifə Rövşən Cəfərova həvalə edilib.

O, 2023-cü ilin fevral ayından 2025-ci ilin iyul ayına kimi “Azbadam” MMC-nin rəhbəri olub.

Xatırladaq ki,  “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)