MALİYYƏ

İranda yeni pul vahidi dövriyyəyə daxil olur

İranın Nazirlər Kabineti ölkənin pul vahidinin adının dəyişdirilməsi və mili valyutadan dörd sıfırın silinməsi barədə qərar qəbul edib. Yeni plana əsasən, İranın pul vahidi “tümən” və “qıran” olacaq.

Bununla bağlı hökumət sözçüsü Fatimə Mühacirani məlumat verib.

Onun sözlərinə görə, vətəndaşların yeni valyuta sisteminə uyğunlaşması üçün keçid dövründə tümən və rial eyni vaxtda istifadə olunacaq.

F.Mühacirani bildirib ki, bu dəyişiklik uzun illərdir müzakirə olunur və ilk dəfə 2008-ci ildən gündəmdədir.

O bu addımın inflyasiyanın yaratdığı çətinlikləri azaltmaq, pul dövriyyəsini asanlaşdırmaq və gündəlik hesablamalarda çoxrəqəmli ədədlərin istifadəsini minimuma endirmək məqsədi daşıdığını deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)