Vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr BOKT-lara və “Azərpoçt”a da aid ediləcək
Azərbaycanda vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr banklarla yanaşı, bank olmayan kredit təşkilatlarına (BOKT), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə də aid ediləcək.
ENA.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Məsələn, müvafiq qanun layihəsinə əsasən, dövlət qeydiyyatını vergi orqanlarının apardığı hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarla yanaşı, BOKT-larda və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanına ərizə verəcək.