Birja

Azərbaycanın dövlət şirkəti 18 milyonluq səhmlərini birjaya çıxarır

26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manatlıq olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

2021-ci ilin 4 və 5 noyabr tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının  18,000,000 manat dəyərində olan səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Emissiya prospektinə əsasən 4 noyabr 2021-ci il tarixində səhmlər üstünlük hüququna malik investorlar arasında yerləşdiriləcəkdir, 5 noyabr 2021-ci il tarixində isə yerləşdirilməyən səhmlər digər investorlar arasında növbəti iş günü ərzində yerləşdiriləcəkdir.

Səhmlərin hər biri 1 manat olmaqla 18 milyon ədəd adi adlı sənədsiz səhmləri emissiya ediləcək.

Xatırladaq ki, 2020-ci ildə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin cəmi əməliyyat gəlirləri 4 milyon 58 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyon 443 min manat və ya 55.2% çoxdur. Xərclər artdığından “Zəyəm Texnologiyalar Parkı” ötən ili 2 milyon 733 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2019-cu ili 513 min manat xalis mənfəət ilə bağlamışdı.

31 Dekabr 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” 17 milyon 231 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 15 milyon 738 min manat cəmi akativlərə malik idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)