Birja

Qızıl və gümüş ucuzlaşdı (23.10.2026)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,98% azalaraq 4020,5 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,33% azalaraq 53,73 dollar təşkil edib.

Qiymətli metal, dörd aydan çox müddət ərzində ən kəskin həftəlik enişini qeydə almaq ərəfəsindədir.

Qızıl bu həftə ərzində dəyərinin 3,5%-ni itirib – bu, iyun ayından bəri müşahidə olunan ən kəskin həftəlik enişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)