Bank

Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 914,6 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,85% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son 1 ildə isə 14,2% azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il iyunun sonuna isə 7,3% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department