Azərbaycanda ödəniş kartlarının sayı 20 milyonu ötüb

Bu ilin may ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2,8 faiz artaraq 20,461 milyon ədəd təşkil edib.
Mərkəzi Bankın hesabatına əsasən, ödəniş kartlarında debet kartlarının sayı 4 faiz artıb, kredit kartlarının sayı isə 6,2 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artıb.
2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,053 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,016 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib.