“ATENA”nın fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları araşdırılır

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ATENA” MMC-nin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırır.
ENA.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, araşdırma süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə bağlı faktları əhatə edir.